İraqda ABŞ hərbi bazalarına 23 hücum - Gərginlik artır

02:30 - 02 Mart 2026

İraqda ABŞ hərbi bazalarına 23 hücum - Gərginlik artır

İraqda fəaliyyət göstərən və Tehran tərəfindən dəstəkləndiyi bildirilən radikal qruplaşmalar regionda gərginliyin artmasından bəri ABŞ hərbi bazalarına 20-dən çox hücum həyata keçiriblər.


Manset.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, İranyönlü qüvvələr ABŞ-ni həm İraq ərazisində, həm də ölkədən kənarda yerləşən hərbi bazalarına ümumilikdə 23 hücum təşkil edib.

Məlumata görə, Vaşinqton əvvəlcədən Bağdada yerli şiə silahlı qruplaşmalarının regional münaqişəyə cəlb olunmaması barədə xəbərdarlıq edib. Buna baxmayaraq, eskalasiya başlayandan az sonra "Kataib Hizbullah" qruplaşması İraqdakı, o cümlədən İraq Kürdüstanındakı ABŞ obyektlərinə hücumlara hazır olduğunu bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az