Holivudun tanınmış aktyorlarından Cim Kerri Fransada keçirilən "Sezar Mükafatları" mərasimindəki yeni görünüşü ilə sosial şəbəkələrdə gündəm olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sosial mediada sürətlə yayılan görüntülərdən sonra bəzi istifadəçilər aktyorun estetik müdaxilə etdirmiş ola biləcəyini irəli sürüb. Digərləri isə uzun illərdir diqqət mərkəzindən kənar həyat sürən Kerrinin sadəcə yaşlanması və üslubunu dəyişməsi səbəbindən fərqli göründüyünü bildirib.
Son dövrlər kino layihələrində daha az iştirak edən və ictimai tədbirlərə nadir hallarda qatılan aktyorun mərasimdə etdiyi çıxış da maraq doğurub. Kerri karyera yolundan danışaraq onu dəstəkləyənlərə təşəkkür edib və duyğulu anlar yaşayıb.