Xamenei nəyə görə sığınacağa girməmişdi? - Yeni detallar

11:43 - 02 Mart 2026

Xamenei nəyə görə sığınacağa girməmişdi? - Yeni detallar

ABŞ ilə İsrailin İranı hədəf alan hücumlarını bir həftə əvvəl planlaşdırdıqları, lakin əməliyyatla əlaqədar yaranan çətinliklər və kəşfiyyat əsaslı səbəblərlə təxirə saldıqları iddia edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi mənbələrə görə, hücumlar İran lideri Ayətullah Əli Xameneinin hər şənbə günü qatıldığı toplantıları hədəf almışdı.

"Axios" xəbər platformasının bu mövzuya dair verdiyi xəbərə görə, ABŞ və İsrail 21 fevral şənbə günü İranı hədəf alaraq hücum etməyə hazırlaşırdı. Bir nümayəndə bu gecikmənin ABŞ tərəfindən olduğu iddiasını irəli sürüb.

Digər məlumatlara görə, ABŞ, İsrail Müdafiə Qüvvələri ilə "daha yaxşı koordinasiya təmin edilməsi" lazım olduğunu düşünərək əməliyyat və kəşfiyyat səbəbləri ilə hücumları təxirə salıb.

Planlaşdırılan hücum tarixindən real hücuma qədər Xameneinin yaşayış yerindən yer altı sığınacaqlarına nəyə görə enməməsi ilə bağlı fikirlərin getdikcə artdığı bildirilir. ABŞ hökumətinin bir nümayəndəsi bunun sadəcə "sürpriz" olduğunu qeyd edib. Bundan onlar da xəbərsiz imiş. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az