İctimaiyyətə təqdim olunmayan İranın yeni lideri Müctəba Xameneinin ölümü ilə bağlı iddialar bir neçə gündür dünyanın gündəmindədir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran Prezidenti ilə əlaqəli olan və eyni zamanda hökumət məsləhətçisi olan Yusif Pezeşkian Müctəba Xameneinin yaralanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Pezeşkian "Telegram" kanalında paylaşdığı yazıda Xameneinin yaralandığı ilə bağlı xəbərləri eşitdiyini və bu mövzunu əlaqələri vasitəsilə təsdiq etdiyini bildirib. O bu barədə bunları qeyd edib: "Müctəba Xameneinin yaralandığına dair xəbərlər eşitdim. Bağlantıda olduğum bəzi dostlarımdan soruşdum. Şükürlər olsun ki, onun sağlamlığının yaxşı olduğunu bildirdilər", - deyə bildirib.