"Qadınlar da kişilərə aliment ödəyə bilər" – Vəkil açıqladı

11:00 - 11 Mart 2026

\"Qadınlar da kişilərə aliment ödəyə bilər\" – Vəkil açıqladı

“Bəzi hallarda qadınlar da kişilərə uşağa görə aliment ödəyə bilər”.


Manset.az xəbər verir ki, bu sözləri vəkil Əli Qəmbərov Nazim Qasımzadənin müəllifi olduğu “Uzun sözün qısası” podkastına müsahibəsi zamanı deyib.

Vəkil bildirib ki, cəmiyyətdə alimentlə bağlı formalaşmış fikirlərin əksinə olaraq, bəzi hallarda qadınlar da kişilərə uşağa görə aliment ödəyə bilərlər. Onun sözlərinə görə, uşağın kimdə qalmasından və valideynlərin maddi vəziyyətindən asılı olaraq məhkəmə bu barədə qərar verə bilər.

Müsahibə zamanı Əli Qəmbərov boşanma prosesləri, ailə mübahisələri və praktikasında qarşılaşdığı maraqlı hüquqi hadisələrdən də danışıb. O, həmçinin borc alan və borc verənlər arasında yaranan mübahisələr, ittiham qaydaları və hüquqi məsuliyyət mövzularına da toxunub.

Podkastda bəzi adət-ənənələrin bu gün qanunla qadağan edildiyi də vurğulanıb. Vəkil xüsusilə qızqaçırtma kimi halların qanunvericilik baxımından məsuliyyət yaratdığını qeyd edib.

Sözügedən podkastı təqdim edirik:



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az