Türkiyədə plastik kirliliyi azaltmaq məqsədilə plastik çəngəl, bıçaq, qab, pipet və qulaq çubuqları kimi tək istifadəlik məhsulların bazara təqdim olunmasının bu il qadağan olunması nəzərdə tutulur.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, içki qablaşdırmalarının təkrar emalını təşviq edən depozit sistemini tətbiq edən Türkiyə nazirliyi ətraf mühit üçün mühüm bir addım daha atır.
Keçən il Nazirlik tərəfindən 2025-2028-ci illər üçün Ümumi Dövri İqtisadiyyat Strategiyası və Fəaliyyət Planı ilə Tək İstifadəlik Plastiklər, Dəniz Zibilləri və Mikroplastiklər üzrə Yol Xəritəsi yayımlanmışdı.