Türkiyənin xarici işlər naziri Hakan Fidan İran, ABŞ, Avropa İttifaqı və Misir nümayəndələri ilə telefon danışığı zamanı Yaxın Şərqdəki müharibəyə son qoymaq üçün atılacaq addımları müzakirə edib.
Manset.az xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.
Qeyd olunub ki, Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçi, Misirin xarici işlər naziri Bədr Əbdülati, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və ABŞ rəsmiləri ilə telefon danışıqları aparıb.
Müzakirələrin əsas mövzusu Yaxın Şərqdə müharibəyə son qoymaq üçün atılacaq addımlar olub.