Yüksək rütbəli zabit hədəfdədir - Təbriz səmasında İsrail izi

13:27 - 23 Mart 2026

Yüksək rütbəli zabit hədəfdədir - Təbriz səmasında İsrail izi

İsrail Hərbi Hava Qüvvələri İranın Təbriz şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin yüksək rütbəli komandirini məhv etmək üçün xüsusi əməliyyat keçirib.

Manset.az xəbər verir ki, əldə olunan məlumata görə, yüksək rütbəli zabitin yaşadığı mənzil İsrail qırıcılarından atılan qanadlı raketlə dəqiqliklə hədəf alınıb. İlkin məlumatlara əsasən, güclü partlayış nəticəsində mənzildə olan 4 nəfər həlak olub. Lakin öldürülənlər arasında hədəf alınan SEPAH komandanının özünün olub-olmadığı hələlik dəqiqləşdirilməyib.

Təbrizin strateji əhəmiyyətli məhəllələrindən birində baş verən bu hadisə şəhərdə böyük təşvişə səbəb olub və ərazi dərhal SEPAH-ın xüsusi təyinatlı bölmələri tərəfindən mühasirəyə alınıb. Hərbi ekspertlər qeyd edirlər ki, Təbrizdəki Hava-Kosmik Qüvvələrin rəhbərliyi regionda raket sistemləri və PUA hücumlarının kordinasiyasına cavabdehdir.

İsrailin bu nöqtəyə zərbə endirməsi kəşfiyyatın "içəridən" dəqiq koordinatlar aldığını və Tehranın ardınca Təbrizdəki hərbi iyerarxiyanın da birbaşa hədəfə götürüldüyünü sübut edir. Hazırda dağıntılar altında qalanların kimliyini müəyyənləşdirmək üçün araşdırmalar davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az