Moskvanın mərkəzində güclü yanğın olub.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bildirilib ki, hazırda yanğın söndürülüb:
"Yanğın Nikoloyamskaya küçəsində yerləşən 9 mərtəbəli yaşayış binasında baş verib. Yanğınsöndürmə və xilasetmə bölmələri beşi uşaq olmaqla 19 nəfəri xilas edib. Yanğınsöndürmə işlərinə 86 nəfər işçi heyət və 23 texnika cəlb olunub".