Uşaqlara telefon qadağası qoyulacaq

17:10 - 24 Mart 2026

Uşaqlara telefon qadağası qoyulacaq

Rusiyada müəyyən yaşa qədər uşaqların mobil telefonlardan istifadəsinə qadağa tətbiq edilməsi məsələsi müzakirə olunur.


Manset.az xəbər verir ki, bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov açıqlama verib.

Nazir bildirib ki, hazırda uşaqların mobil telefonlardan istifadəsinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər nəzərdən keçirilir. Onun sözlərinə görə, söhbət konkret olaraq “müəyyən yaş həddi”nin müəyyənləşdirilməsindən gedir.

Qeyd olunub ki, təşəbbüsün əsas məqsədi uşaqların təhsil prosesinə diqqətinin artırılması və onların rəqəmsal mühitdən asılılığının qarşısının alınmasıdır.

Məsələ ilə bağlı müzakirələrin davam etdiyi bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az