Lerik rayonunun tanınmış pedaqoqlarından biri, rus dili üzrə müəllim Baxtizina Nadejda Vladimirovna vəfat edib.
Manset.az Milli.az-a istinadən xəbər verir ki, uzun illər təhsil sahəsində çalışan Nadejda Vladimirovna Lerik rayonunun bir neçə ümumtəhsil müəssisəsində pedaqoji fəaliyyət göstərib.
O, həmçinin bir müddət Lerik şəhəri M. Bağışov adına 3 saylı tam orta məktəbdə direktor müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, mərhum Bakı şəhərində dəfn olunub.