Tramp İrana qarşı əməliyyatdan bunu gözləyirdi

09:00 - 26 Mart 2026

Tramp İrana qarşı əməliyyatdan bunu gözləyirdi

ABŞ prezidenti Donald Tramp İranla münaqişədən daha çox mənfi iqtisadi nəticələr gözləyib, lakin buna baxmayaraq ona qarşı hərbi əməliyyat başlatmaq qərarına gəlib.


Manset.az xəbər verir ki, bunu Tramp Respublikaçıların Nümayəndələr Palatasının Kampaniya Komitəsi tərəfindən təşkil edilən illik ianə toplama tədbirində çıxış edərkən deyib:

"Başqa seçimimiz yox idi. Amma düşünürdüm ki, vəziyyət daha pis olacaq. Neft qiymətlərinin daha yüksək olacağını düşünürdüm. Səhm qiymətlərinin bir az aşağı olacağını düşünürdüm. Amma vecinə də deyildi. Biz xərçəngi aradan qaldırmalı idik. Xərçəng nüvə silahına malik İrandır".

Vaşinqton administrasiyasının rəhbəri həmçinin ABŞ və İsrailin respublikaya qarşı əməliyyatını "cəhənnəmə səyahət, dəhşətli bir yerə səyahət" adlandırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az