Türkiyə tankerinə PUA hücumu 

10:00 - 26 Mart 2026

Türkiyə tankerinə PUA hücumu 

Türkiyənin “Altura” adlı 140 min ton xam neft daşıyan tankeri Qara dənizdə dron zərbəsinə məruz qalıb.


Manset.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində partlayış da qeydə alınıb.

Qeyd olunub ki, tankerdə 27 nəfər olub və onların sağlıq vəziyyəti yaxşıdır.

Məlumat üçün əlavə edək ki, gəmi Rusiyanın Novorossiysk şəhərindən Türkiyə istiqamətində yola çıxıbmış.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az