Ağ Evin Sözcüsü Karoline Leavitt İranla bağlı açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Leavitt İranın anlaşmaya daha çox istəkli olduğunu bildirib.
Əməliyyatın plana uyğun olaraq davam etdiyini bildirən Leavitt ABŞ ordusunun hər keçən gün İran hökumətinə qarşı üstünlüyünü artırdığını qeyd edib. Leavitt, "Rejimin qalan hissələrinin bu dağıntıya son vermək və hələ də şansları varkən müzakirə masasına oturmaq üçün getdikcə daha istekli olması təəccüblü deyil. Rejimin ictimaiyyətə yansıyan sərt çıxışlarına və əsassız xəbərlərə baxmayaraq, danışıqlar davam edir və yaxşı gedir. İctimaiyyətə söylənənlər bizə özəl olaraq bildirilənlərdən çox fərqlidir" - deyə vurğulayıb.
Leavitt açıqlamasında ABŞ Prezidenti Donald Trampın İranın elektrik stansiyaları və enerji infrastrukturu üzərində planlaşdırılan hücumları təxirə salmaq üçün 10 günlük müddət verilməsi barədə əmr verdiyini bildirib.