Trampdan müharibəyə ölkələrə şok sözlər

16:44 - 31 Mart 2026

Trampdan müharibəyə ölkələrə şok sözlər

ABŞ Prezidenti Donald Tramp müharibəyə qoşulmayan ölkələr haqda danışıb. 



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp "Hörmüz boğazı səbəbilə təyyarə yanacağı təmin edə bilməyən və İranla bağlı əməliyyatlara qatılmaqdan imtina edən Böyük Britaniya kimi ölkələrə bir təklifim var. Birincisi, ABŞ-dən alın, bizdə bolca var. İkincisi, bir az cəsarət göstərin, boğaza gedin və yanacağınızı özünüz alın. ABŞ artıq sizə kömək etməyəcək, Siz də bizə kömək etməmisiniz. İran məhv edilib. Gedin və neftinizi özünüz alın", - deyə bildirib.


ABŞ-İsrail və İran arasındakı müharibə 32-ci günündə bütün şiddəti ilə davam edərkən qarşılıqlı açıqlamalar və addımlar bölgədə gərginliyin daha da artmasına səbəb olur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az