Qlobal miqyasda uşaqların sosial media istifadəsinə dair tənzimləmələr artarkən Fransadan da mühüm bir addım atılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Senatı 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadə etməsinə məhdudiyyət qoyan qanun təklifini qəbul edib.
Fransa Senatı Milli Məclisdən keçən geniş əhatəli qadağada dəyişiklik edərək 15 yaşdan kiçik uşaqların sosial media istifadəsinə məhdudiyyət qoyan qanun təklifini təsdiqləyib.
Senatın rəsmi açıqlamasında ümumi bir qadağanın Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilə biləcəyi və bu səbəbdən tətbiqinin tamamilə işə yaramaz hala gələ biləcəyi vurğulanıb. Senat həmçinin öz mətninin həm uşaqların qorunması, həm də valideynlərin hüquqlarının təmin edilməsi baxımından daha balanslı bir çərçivə təqdim etdiyini müdafiə edib.
Senatın qəbul etdiyi tənzimləməyə görə, uşaqların fiziki, zehni və ya əxlaqi inkişafına zərər verə biləcəyi qiymətləndirilən sosial media platformaları Fransanın rəqəmsal kommunikasiya tənzimləyicisi "Arcom" tərəfindən hazırlanacaq siyahı ilə müəyyən ediləcək. Bu siyahıda yer alan platformalar üçün 15 yaşdan kiçik uşaqların istifadəsi qadağan ediləcək. Siyahıya daxil olmayan digər sosial media platformalarına isə valideynlərin ən az birinin açıq razılığı ilə daxil olmaq mümkün olacaq.