Pakistana daxil olan Hayber Paxtunxva əyalətindəki bir mərmər mədənində çökmə baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, çöküntü nəticəsində 9 işçinin həyatını itirdiyi, 3 işçinin isə yaralandığı bildirilir.
Hadisə Hayber Paxtunxva əyalətinin Mardan rayonunun Rustam bölgəsindəki bir mərmər mədənində baş verib.
Axtarış və xilasetmə qruplarının (Rescue 1122) sözçüsünün verdiyi açıqlamaya görə, çökmə altında qalan 12 işçinin yerin altından çıxarıldığı, bu işçilərdən 9-nun öldüyü, 3-nün isə yaralı olaraq yaxın xəstəxanalara aparıldığı qeyd edilib.
Əyalət baş naziri Sohail Afridi çökmənin səbəbi ilə bağlı geniş araşdırma başladıldığını açıqlayıb.