İranın Ali rəhbəri Müctəba Xamenei ölkəsinin ABŞ və İsrailə qarşı müqavimət kursunun davam etdiriləcəyini bildirib.
Manset.az xəbər verir ki, bu barədə onun "X" sosial şəbəkəsindəki bəyanatında qeyd olunub.
"Mən birmənalı şəkildə bəyan edirəm ki, İmam Xomeyni və həlak olmuş lider (Ayətullah Əli Xamenei - red.) tərəfindən əsası qoyulan İranın ardıcıl siyasəti ABŞ və İsrailin hərəkətlərinə müqavimətin davam etdirilməsindən ibarətdir", - məlumatda vurğulanıb.