ABŞ Prezidenti Donald Trampın İrana qarşı təhdidlərini artırması qlobal bazarlarda qeyri-müəyyənliyi artırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, artan geosiyasi risklərə baxmayaraq, qızılın qiymətinin yüksəlişi sona çatıb və sərmayəçilər mövqelərini yenidən gözdən keçirməyə başlayıblar. Qram qızıl 255 AZN, unsiya qızıl isə 4.676 dollar səviyyəsində ticarət olunur, bazarlarda isə ehtiyatlı gözləmə mövqeyi üstünlük təşkil edir.
ABŞ Prezidenti Donald Trampın İrana qarşı "Hələ heç nə etməmişik, növbədə körpülər və elektrik stansiyaları var" - ifadələri qlobal bazarlarda gərginliyi yüksəldib. Artan geosiyasi risklər etibarlı liman kimi qəbul edilən qızılın qiymətlərində dəyişikliklərə səbəb olub.