Türkiyənin Adana şəhərində qurulması planlaşdırılan NATO Kolordu və İstanbulun Beykoz bölgəsindəki Ukrayna Könüllülər Koalisiyası Dəniz Qüvvələri Komandanlığı ilə bağlı müzakirələr Montre Konvensiyasını yenidən gündəmə gətirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adana şəhərində NATO Kolordu və İstanbulda Ukrayna Könüllülər Koalisiyası Dəniz Qüvvələri Komandanlığının qurulacağına dair xəbərlərin ardından Rusiya Ankaradakı Səfirliyindən 1936-cı il tarixli “Atatürk Türkiyəsinin yeni zəfəri” başlıqlı xəbərlə Montre Konvensiyasını xatırladıb.
Türkiyə Xarici İşlər Naziri müavini Kemal Bozay, “Montre pozula bilməz” - deyə açıqlama verib.