Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.
Zəlzələnin episentri təxminən 1,2 milyon əhalisi olan Adelaida şəhərindən təxminən 1 253 km şimal-qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.