"Cəhənnəm qapılarını sizin üçün açacağıq" - İran komandanından Trampa cavab

09:20 - 05 Aprel 2026

\"Cəhənnəm qapılarını sizin üçün açacağıq\" - İran komandanından Trampa cavab

İranın Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının komandanı general-leytenant Əli Abdullahi ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq İsrail və ABŞ-a "cəhənnəm qapılarını açacaqlarına" söz verib.


Manset.az xəbər verir ki, onun açıqlaması İRNA xəbər agentliyi tərəfindən yayılıb: "Bu müharibənin əvvəlindən biz vəd etdiyimiz hər şeyi yerinə yetirdik və indi bizim tək mesajımız budur: cəhənnəm qapıları sizin üçün açılacaq".

O, həmçinin İranın enerji infrastrukturuna edilən hər hansı bir zərbənin Tehran tərəfindən cavab tədbirlərinə, o cümlədən bölgədəki bütün ABŞ və İsrail hədəflərinə zərbələr endirilməsinə səbəb olacağını təkrarlayıb.

Abdullahinin sözlərinə görə, Trampın ultimatumu sonuncunun "çarəsizliyini və əsəbiliyini" nümayiş etdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az