İran ABŞ-yə məxsus daha bir təyyarəni vurdu

08:00 - 06 Aprel 2026

İran ABŞ-yə məxsus daha bir təyyarəni vurdu

İran Silahlı Qüvvələri ölkə ərazisində qəzaya uğramış “F-15E” qırıcısının ikinci pilotunun xilasetmə əməliyyatında iştirak edən ABŞ-yə məxsus daha bir “C-130 Hercules” nəqliyyat təyyarəsini vurduğunu iddia edib.


Manset.az  Tasnim agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın “Xatəm əl-Ənbiya” Hərbi Komandanlığının rəsmisi İbrahim Zülfəqari məlumat verib.

Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində İslam Respublikası ordusunun hücumları ilə ABŞ-yə məxsus ümumilikdə iki “C-130” hərbi nəqliyyat təyyarəsi və iki “Black Hawk” helikopteri vurulub.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyat zamanı Ali Lider Əli Xamenei həlak olub. Buna cavab olaraq İran İsrailə və regiondakı Amerika bazalarına kütləvi raket zərbələri endirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az