Bəy və gəlin toy günü boşanmağa qərar verdi - Məclisdə səsləndirilən mahnıya görə...

16:53 - 06 Yanvar 2022

Bəy və gəlin toy günü boşanmağa qərar verdi - Məclisdə səsləndirilən mahnıya görə...

İraqda qəribə hadisə yaşanıb.
 
Manşet.az
bildirir ki, bəy və gəlin toy günü boşanmağa qərar veriblər. Belə ki, yerli mətbuatın məlumatına görə, paytaxt Bağdadda gerçəkləşən toy məclisində səsləndirilən musiqi gəlinlə bəyin ailələri arasında çaxnaşma yaradıb.

Gəlin tərəfindən seçilərək musiqi qrupuna təqdim edilən ifada bəyi alçaldan sözlərdən istifadə edildiyi iddia olunub. "Mısaytıra” adlı mahnının etirazlara rəğmən, səsləndirilməsi ailələr arasında mübahisəyə səbəb olub. Ardınca cütlük toyu ləğv edib və boşanma qərarı alıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az