Spirtli içkilərin satışı qadağan edildi

17:33 - 06 Yanvar 2022

Spirtli içkilərin satışı qadağan edildi

Qazaxıstan Respublikasının Şimali Qazaxıstan vilayətində alkoqollu içkilərin satışı qadağan edilib.

Manşet.az  xəbər verir ki, bu barədə vilayətin polis idarəsinin rəisi və vilayətin komendantı Marat Tulebayev sakinlərə müraciətində deyib.

Yanvarın 5-dən 19-dək bölgədə fövqəladə vəziyyət rejimi elan olunduğunu xatırladan komendant zərurət olmadığı təqdirdə insanları evlərini tərk etməməyə çağırıb.

Onun sözlərinə görə, silah dükanları da bağlanıb və silah satışı qadağan olunub.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az