Qırğızıstan və Türkiyə Prezidentləri Sadır Japarov və Rəcəb Tayyib Ərdoğan Qazaxıstandakı vəziyyəti telefonla müzakirə ediblər.
Manşet.az xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Ölkələrin liderləri ikitərəfli əməkdaşlığın perspektivlərini, regionda mövcud vəziyyəti, o cümlədən, Qazaxıstanda baş verən hadisələri müzakirə ediblər”, - məlumatda qeyd edilib.
Telefon görüşü Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.