Nazarbayev ailəsi ilə birlikdə Qazaxıstanı tərk edib - FOTO

18:39 - 07 Yanvar 2022

Nazarbayev ailəsi ilə birlikdə Qazaxıstanı tərk edib - FOTO

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev və qızları ailələri ilə birlikdə ölkəni kütləvi etirazlar fonunda tərk edib.

Manşet.az xəbər verir ki,  bu barədə Orda.kz portalı yazır.

“Ölkədə yalnız sabiq dövlət başçısının böyük qardaş Bolat Nazarbayev qalıb”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl jurnalistlər elbaşının (millətin lideri) ortancıl qızı Dinara Nazarbayevanın təyyarəsinin ölkədən getməsini qeydə alıblar. Dinarənin özünün hava gəmisində olub-olmadığı və bundan sonra ölkəyə qayıdıb-qayıtmadığı məlum deyil.

oxu.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az