Dünyada COVID-19-dan vəfat edən jurnalistlərin sayı Açıqlandı

19:44 - 07 Yanvar 2022

Dünyada COVID-19-dan vəfat edən jurnalistlərin sayı Açıqlandı

2020-ci ilin martından bəri 94 ölkədə ən azı 1940 jurnalist koronavirus infeksiyası nəticəsində dünyasını dəyişib.

Manşet.az xəbər verir ki, bu barədə qeyri-hökumət təşkilatı olan “Press Emblem Campaign (PEC)”in cümə günü Cenevrədə yaydığı hesabatda deyilir. 

Bildirilir ki, ən çox ölüm faktı Braziliyada (295) qeydə alınıb. Daha sonra Hindistan (279), Peru (199), Meksika (122), Kolumbiya (79), Banqladeş (68), ABŞ (67), İtaliya (61), Venesuela(59), Ekvador (51), Rusiya (42), Argentina (46), İran (34) ardıcıllığı davam etdirir. 

2021-ci ildə 1400 ölüm faktı qeydə alınıb, 50-dən çox jurnalistin isə ölüm səbəbi araşdırılır. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az