Aksiyalarda iştiraka görə onlar pul, eləcə də energetik içkilər alıblar və bu içkilərdən sonra özlərinə “nəzarəti itiriblər”.
Manşet.az xəbər verir ki, bu barədə Qazaxıstanın Çimkənt şəhərində iğtişaşlar zamanı saxlanılanlar bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə iğtişaşlar zamanı nümayişçilərə silahların paylandığını göstərən videolar da Çimkənddə çəkilib. Şəhərdə 60-dan çox insan xəsarət alıb, 10-dan çox polis avtomobili məhv edilib.