Arvadının qızılları ilə sevgilisinə toy etdi

15:13 - 24 Aprel 2026

Arvadının qızılları ilə sevgilisinə toy etdi

Türkiyənin Bursa şəhərində 2 uşaq anası Meltem Ç. şok iddia irəli sürüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qadın boşanma prosesində olduğu əri İ.Ç.-nin ona aid olan toy zinyət əşyalarını sataraq sevgilisi ilə toy etdiyi iddiasını səsləndirib.

Gürsu rayonunda yaşayan və 2017-ci ildə tanışlarının tövsiyəsi ilə evlənən Meltem Ç. (33) və İ.Ç. (30) cütlüyünün iki övladı dünyaya gəlib. İ.Ç. 2022-ci ildə anlaşmazlıq səbəbi ilə boşanma müraciəti edib. Ayrı yaşayan cütlük aliment məsələsində anlaşa bilmədiyinə görə boşanma tamamlanmayıb.

Bu müddət ərzində Meltem Ç. iddiaya görə, hələ də rəsmi nikahda olduğu əri İ.Ç.-nin 27 yaşlı B.K. adlı sevgilisi ilə dini nikahını kəsərək birlikdə yaşadığını öyrənib və sevgilisinin toyda ona verilən qızılları sataraq 2025-ci ilin noyabr ayında toy etməyi planlaşdırıb.

Meltem Ç. bununla bağlı həm əri, həm də bu əlaqəyə qarşı çıxan və onu ölüm ilə hədələdiyini iddia etdiyi İ.Ç.-nin əmisi Ş.Ç.-dən şikayətçi olub.

Rəsmi nikahı olduğu halda başqa biri ilə toy edən və boşanma prosesindəki əri ilə bağlı narazılığını bildirən Meltem Ç. bunları qeyd edib:

"Biz 9 il əvvəl evləndik. Əvvəlcə özü mənə aliment vermədən ayrılmaq istədi. Sonra öyrəndim ki, başqa biri ilə imam nikahı və toy da edib", - deyə o bildirib


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az