ABŞ-də yüksək qiymətli yaşayış proqramı olaraq təqdim edilən "qızıl kart" vizası gözləntiləri olduqca geridə qoyub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Prezident Donald Trampın xaricilərə ən azı 1 milyon dollar qarşılığında ölkədə yaşama və çalışma haqqı tanıyan bu yeni model çərçivəsində indiyə qədər yalnız bir nəfərə təsdiq verilib.
ABŞ Prezidenti Donald Trampın "green card"ın steroidli versiyası adlandırdığı "qızıl kart" viza proqramı gözlənilən marağı hələ də təsdiqə çevirməyib.
Ticarət naziri Howard Lutnick Konqresdə etdiyi çıxışında yüzlərlə şəxsin müraciət etdiyini bildirib, amma sistemin yeni olması səbəbindən qiymətləndirmələrin diqqətlə aparıldığını qeyd edib.