14 yaşlı qız atasını öldürdü - Qandonduran səbəb

19:34 - 24 Aprel 2026

14 yaşlı qız atasını öldürdü - Qandonduran səbəb

Türkiyənin Qaziantep şəhərinin Şahinbəy rayonunda 14 yaşlı qız mübahisə etdiyi atasını bıçaqlayaraq öldürüb.



Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 14 yaşlı E.B. ona qarşı qeyri-etik hərəkətlər etdiyini iddia etdiyi atası Ali B.-ni (42) boğaz nahiyəsindən bıçaqlayaraq qətlə yetirib. Daha sonra E.B. polis idarəsinə gedərək könüllü şəkildə təslim olub.


Hadisə günorta saatlarında Güzelvadi məhəlləsində baş verib. E.B. atasına boyun nahiyəsindən bıçaq zərbəsi endirib.


Ali B. aldığı xəsarətlər nəticəsində qan içində yerə yıxılıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları onun həyatını itirdiyini müəyyən ediblər. Ali B.-nin cəsədi ekspertiza üçün Qaziantep Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin morquna aparılıb.


Atasını ona qarşı qeyri-etik davranış göstərdiyi üçün öldürdüyünü iddia edən E.B.-nin polis idarəsindəki istintaq tədbirləri davam etdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az