İranın xarici işlər naziri Abbas Əraqçi Omana gedib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Əraqçi Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli və regional məsələləri müzakirə etdikdən sonra İslamabadı tərk edib və Məsqətə yola düşüb.
Qeyd edək ki, Əraqçi Omandan sonra Rusiyaya səfər edəcək.