Ağ Ev atışmanı Trampa sui-qəsd cəhdi kimi qiymətləndirir

23:16 - 27 Aprel 2026

Ağ Ev atışmanı Trampa sui-qəsd cəhdi kimi qiymətləndirir

Vaşinqton administrasiyası şənbə günü Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən ziyafətdə baş vermiş insidenti ona qarşı yeni sui-qəsd cəhdi kimi dəyərləndirir.


Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.

"Mən sizin suallarınızı cavablandırmaq və Prezident Trampın həyatına edilən növbəti sui-qəsd cəhdinə cavab olaraq ABŞ administrasiyasının hansı tədbirlər gördüyü barədə Amerika ictimaiyyətini məlumatlandırmaq üçün bu gün bura gəlməyi məqsədəuyğun hesab etdim", - o bildirib.

Levitt əlavə edib ki, insidenti törədən şəxs Prezidenti və administrasiyanın mümkün qədər çox sayda vəzifəli şəxsini öldürmək niyyətində olub.

Qeyd edək ki, aprelin 25-də "Washington Hilton" otelində Ağ Ev Müxbirləri Assosiasiyasının Trampın iştirak etdiyi ziyafətində atışma baş verib. Amerika lideri, eləcə də vitse-prezident Cey Di Vens və onların həyat yoldaşları dərhal zaldan təxliyə ediliblər. Hücumda şübhəli bilinən şəxsi Məxfi Xidmət əməkdaşları saxlayıblar.

Ziyafətdə ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melanya Trampdan başqa, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent, Pentaqon rəhbəri Pit Heqset, Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel, eləcə də Amerika administrasiyasının bir sıra digər nazirləri və yüksəkvəzifəli nümayəndələri olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az