22 rahib saxlanıldı - Çamadanlarından narkotik çıxdı

10:53 - 28 Aprel 2026

22 rahib saxlanıldı - Çamadanlarından narkotik çıxdı

Şri Lankada çamadanlarında ümumilikdə 110 kiloqram marixuana aşkar olunan 22 Budist rahibinin hava limanında saxlanılıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, gömrük rəsmiləri paytaxt Kolomboya şənbə günü çatmış rahiblərin hər birinin çamadanların gizli bölmələrində narkotik maddənin olduqca güclü növü olan "Kush"dan təxminən 5 kiloqram tapıldığını açıqlayıb.


Əksəriyyəti tələbələrdən ibarət olan rahiblərin adı açıqlanmayan bir sponsor tərəfindən maliyyələşdirilən dörd günlük Tayland səfərindən döndükləri vaxtda yaxalandıqları qeyd edilib.


Hadisə ilə bağlı aparılan araşdırma çərçivəsində səfəri təşkil etdiyi ehtimal edilən 23-cü bir rahib də Kolombo şəhərinin qəsəbələrində polis tərəfindən saxlanılıb.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az