Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin Rusiya tərəfindən işğal edilmiş Ukrayna torpaqlarından əldə edilən taxılları almasına etiraz edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, belə ticarətin qanunsuz olduğunu bildirən Ukrayna lideri bu cür hərəkətlərə qarşı sanksiyalar tətbiq ediləcəyini açıqlayıb.
Ukrayna Prezidenti Zelenski İsrail ilə baş verən taxıl böhranı ilə əlaqədar sosial media hesabında paylaşım edib.
Zelenski paylaşımında, "Normal şəraitdə oğurlanmış mal almaq hüquqi məsuliyyət tələb edən bir hərəkətdir. Bu vəziyyət xüsusən Rusiya tərəfindən oğurlanan taxıllar üçün keçərlidir. Eyni taxılı daşıyan digər bir gəmi İsraildəkı bir limana çatıb və boşaltmağa hazırlaşır. Bu, qanuni bir ticarət deyil və ola bilməz", - ifadələrini işlədib.