Taylor Swiftin konsertində terror törətmək istəyən şəxs etiraf etdi

16:48 - 28 Aprel 2026

Taylor Swiftin konsertində terror törətmək istəyən şəxs etiraf etdi

Avstriyanın paytaxtı Vyanada keçən il dünyaca məşhur ulduz Taylor Swiftin konsertinə yönəlmiş qanlı bir hücum planlayan İŞİD üzvü məhkəməyə çıxarılıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, 21 yaşındakı təqsirləndirilən şəxs məhkəmənin ilk günündə cinayətini etiraf edib.


Avstriya 2024-cü ilin avqust ayında böyük bir faciənin astanasından dönmüşdü. Taylor Swiftin rekordlar qıran "Eras Tour" turniri çərçivəsində Vyanada verəcəyi üç konsert ciddi terror təhdidi səbəbi ilə son anda ləğv edilmişdi. O dövrdə dünyanı şok edən bu planın baş şübhəlisi Beran A. Vyana yaxınlığında yerləşən Wiener Neustadtda başlayan məhkəmədə ittihamları qəbul edib.


Avstriya qanunlarına görə soyadı gizli saxlanılan 21 yaşlı Avstriya vətəndaşı Beran A. məhkəmədə terror təşkilatına üzvlük və hücum hazırlığı da daxil olmaqla bir sıra ittihamları qəbul etdi. İttihamçılar təqsirləndirilən şəxsin stadionda olan 65 min insanı və xaricdə toplaşan təxminən 30 min pərəstişkarı hədəf alacağını bildirib.


Əldə olunan məlumatlara görə, təqsirləndirilən şəxs evdə hazırlanmış partlayıcılar və bıçaqlarla mümkün qədər çox adam öldürməyi planlaşdırırdı. ABŞ kəşfiyyatının dəstəyi ilə qarşısı alınan bu hücum cəhdindən sonra təqsirləndirilənin evində aparılan axtarışda bomba hazırlamaq üçün istifadə olunan materiallar ələ keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az