Təyyarə qəzaya düşdü - Böyük yanğın başladı

10:32 - 29 Aprel 2026

Təyyarə qəzaya düşdü - Böyük yanğın başladı

Cənubi Avstraliyanın Parafild Hava Limanında bir təyyarə qəzaya düşüb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində yanğın baş verdiyi bildirilir. Cənubi Avstraliya polisi, Adelaide şəhərinin yaxınlığında yerləşən Parafild Hava Limanında kiçik bir təyyarənin eniş etməyə çalışarkən pistə yaxın olan maneəyə çılpıldığını açıqlayıb.


Zərbə nəticəsində hangarda böyük bir yanğın yaranıb və hava limanının ətrafı təhlükəsizlik məqsədilə təxliyə edilib. Hava limanı sözçüsü, bütün hava nəqliyyatının dayandırıldığını və yanğının söndürülməsi üçün müvafiq qrupların əməliyyatlarını davam etdirdiyini qeyd edib. Rəsmi şəxslər ətrafdakı sakinlərə qapalı yerlərdə qalmağı və hadisə yerindən uzaq durmağı tövsiyə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az