Rusiyada qar uçqunu baş verdi - Ölən və yaralananlar var

12:32 - 29 Aprel 2026

Rusiyada qar uçqunu baş verdi - Ölən və yaralananlar var

Rusiyaya bağlı Buryatya Muxtar Respublikasında yerləşən bir mədən sahəsində qar uçqunu baş verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, uçqun nəticəsində 6 işçi həyatını itirib.


Rusiya Fövqəladə Hallar Nazirliyi hadisənin Buryatya Muxtar Respublikasının Muyski rayonunda yerləşən Irokinda qızıl mədənində baş verdiyini açıqlayıb. Rəsmi mənbələrə görə, uçqun bölgədə yol açma işləri aparan 9 işçinin üzərinə düşüb. İşçilərdən 3-ü öz gücləri ilə xilas ola bilib, lakin 6 işçi qar altında qalıb.


Hadisə baş verdikdən sonra, Rusiya Fövqəladə Hallar Nazirliyinə bağlı axtarış və xilasetmə komandaları helikopterlə əraziyə göndərilib və qar altında qalan işçiləri tapmaq üçün genişmiqyaslı işlərə başlanılıb. Axtarış və xilasetmə əməliyyatları zamanı mədən sahəsində ikinci bir uçqunun daha düşdüyü bildirilib, amma bu dəfə işçilər heç bir zədə almayıb və təhlükəni sağlam şəkildə sovuşdurublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az