Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı açıqlama verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hakan Fidan Aİ-də Türkiyəni birliyə qəbul edəcək siyasi iradənin olmadığını qeyd edib.
Xarici İşlər Naziri Avstriyaya rəsmi səfəri çərçivəsində Avstriya Federal Avropa və Beynəlxalq İşlər Naziri Beate Meinl-Reisinger ilə birgə mətbuat konfransı keçirib.
Nazir Fidanın açıqlamalarının əsas məqamları belə olub:
(ABŞ, İsrail-İran müharibəsi barədə) "Bəzi mövqelərin aydınlaşdırılması baxımından bu günlər çox önəmlidir. Hər iki tərəfin, xüsusilə, bir atəşkəsə və daimi sülhə nail olmaq niyyəti ilə və Hörmüz Boğazını açmaq istəyilə hərəkət etmələri olduqca vacibdir. Burada həll edilməli bəzi detallar var. Mən burada, açıqcası, pakistanlı qardaşlarımızın bacarığına güvənirəm. Bizim də dəstəyimiz davam edəcək".