Pakistanda əməliyyatlar keçirildi - 9 nəfər öldürüldü

17:55 - 29 Aprel 2026

Pakistanda əməliyyatlar keçirildi - 9 nəfər öldürüldü

Pakistanın Lahor şəhərində təşkilatlı cinayətkar qruplarına qarşı əməliyyatlar həyata keçirilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyatlarda baş verən atışmalarda 9 şübhəlinin öldüyü bildirilib.


"Dawn" qəzetinin məlumatına görə, xüsusi polis vahidi olan Cinayət Nəzarət İdarəsinin (CCD) rəsmiləri aldıqları məlumatlara əsaslanaraq Lahor şəhərinin müxtəlif bölgələrində basqınlar keçiriblər.


Əməliyyatlar zamanı baş verən atışmalarda 2 polis əməkdaşı da yaralanıb.


Cinayət Nəzarət İdarəsi rəsmiləri ölkə üzrə təşkilatlı cinayətlərlə mübarizə aparmaq məqsədilə tez-tez basqınlar həyata keçirdiklərini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az