ABŞ Prezidenti Donald Tramp İran ilə aparılan danışıqların telefon vasitəsilə davam etdiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp İranla olan əlaqələrə dair açıqlama verib.
İranla aparılan danışıqların davam etdiyini qeyd edən Prezident Tramp, "İndi artıq hər dəfə bir sənəd əldə etmək üçün 18 saatlıq uçuşlar etmirik. Danışıqları telefonla aparırıq", - deyib.
Tramp üzü-üzə görüşmələri üstün tutduğunu bildirərək mümkün bir razılaşmanın İranın nüvə silahı əldə etmə məqsədindən tamamilə imtina etməsinə bağlı olduğunu təkrarlayıb.