Fransanın Juvisy-sur-Orge şəhərində təcrübəçi sürücünün idarə etdiyi sərnişin avtobusu park edilmiş avtomobilə çırpıldıqdan sonra Sena çayına düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, avtobusda olan bütün sərnişinlər xilas edilib. Hadisə ilə bağlı araşdırma başladılıb.
Hadisənin təfərrüatına görə, Essonne bölgəsinə aid Juvisy-sur-Orge şəhərində sərnişinlərlə dolu avtobus çaya düşüb. Qəza zamanı avtobusda olan hər kəs xilas olunub. Bildirilib ki, hadisə təcrübə keçən sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin park halında olan avtomobilə çırpılmasından sonra baş verib. Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən istintaq aparılır.