S-400-lərin alınması zərurət idi - Türkiyə Müdafiə Nazirliyi

20:39 - 08 Yanvar 2022

S-400-lərin alınması zərurət idi - Türkiyə Müdafiə Nazirliyi

"Türkiyənin Rusiyadan S-400-lər alması seçim deyil, zərurətdir, Ankaranın prioriteti təhlükəsizlikdir".

Manset.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

"S-400 hücum və təhdid olmadığı təqdirdə, heç kimə zərər verməyəcək sistemdir. Bizim prioritetimiz 84 milyon insanın, ölkəmizin təhlükəsizliyidir", - nazir qeyd edib.

Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə S-400 zenit-raket komplekslərinin tədarükü üçün ilk müqavilə imzalayıb, Türkiyə tərəfi kompleksləri 2019-cu ilin yayı və payızında alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az