Malta hökuməti bu ölkədən 2020-ci il ərzində pulla vətəndaşlıq (“qızıl pasport”) alan xarici ölkə vətəndaşlarının siyahısını dərc edib.
Manset.az virtualaz.org-a istinadən xəbər verir ki, ötən ay dekabrın 28-də dərc edilmiş həmin siyahıda Azərbaycandan olan zənginlər də yer alır.
Maltadan vətəndaşlıq, yaxud “qızıl pasport” almaq üçün aşağıdakı şərtlərin yerinə yetirilməsi tələb olunur:
-Malta milli inkişaf fonduna €650000 köçürmək;
-Malta qiymətli kağızlarına və ya səhmlərinə €150000 yatırmaq;
-Qiyməti azı €350000 dəyərində olan bir mülk almaq (və ya illik azı €16000 məbləğə onu kirayəyə götürmək);
Bu xərclər ümumilikdə €1 150 000 məbləğdə pul deməkdir.