ABŞ-da bu azərbaycanlı xanım yüksək vəzifəyə təyin edildi - FOTO

10:05 - 09 Yanvar 2022

ABŞ-da bu azərbaycanlı xanım yüksək vəzifəyə təyin edildi  - FOTO

ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Manset.az report-a istinadən  xəbər verir ki, R.Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib.

Yanvarın 1-də vəzifəsinin icrasına başlayan E.Adams komandasında üç türk yer alıb. Onlardan biri də R.Abbasovadır.

Qeyd edək ki, həmyerlimiz E.Adamsla 2016-cı ildən bu günə kimi - o Nyu-Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan birlikdə işləyir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az