“KTMT-nin bütün kontingenti Qazaxıstandan çıxarılacaq”.
Manset.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin KTMT-nin fövqəladə sammitində KTMT qüvvələrinin çıxarılması ilə bağlı məsələyə toxunub.
O bildirib ki, öz funksiyalarını yerinə yetirdikdən sonra hərbi kontingent Qazaxıstandan çıxarılacaq:
“KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin kontingenti Qazaxıstana göndərilib və mən bunu vurğulamaq istəyirəm ki, məhdud müddətə, Qazaxıstan Prezidentinin münasib hesab etdiyi müddətə çıxarılacaq”.
“KTMT xətti ilə görülən tədbirlər aydın şəkildə göstərdi ki, biz evimizdə situasiyanı qarışdırmağa imkan verə bilmərik və rəngli inqilablar adlanan ssenarinin reallaşmasına imkan verməyəcəyik”, - Rusiya prezidenti deyib.