Tokayev ölkəyə dəyən maddi ziyanın məbləğini Açıqladı

20:51 - 10 Yanvar 2022

Tokayev ölkəyə dəyən maddi ziyanın məbləğini Açıqladı

Qazaxıstandakı iğtişaşların vurduğu ilkin iqtisadi ziyan 2-3 milyard dollar təşkil edə bilər.

Manşet.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığında ölkədəki vəziyyəti müzakirə edərkən deyib.

“Kasım-Jomart Tokayevin fikrincə, dövlətə dəyən ilkin iqtisadi ziyan 2-3 milyard ABŞ dolları təşkil edə bilər”, - Tokayevin mətbuat xidmətinin məlumatında deyilir. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az