“Avropanın 50 faizi “omicron”a yoluxacaq” - ÜST

22:49 - 11 Yanvar 2022

“Avropanın 50 faizi “omicron”a yoluxacaq” - ÜST

Yaxın 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi koronavirusun “omicron” ştamına yoluxacaq.

Manşet.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

O bildirib ki, regionun 53 ölkəsindən 50-də "omicron" ştamı qeydə alınıb:

“Bu ilin birinci həftəsində regionda 7 milyon yeni yoluxma qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə iki dəfə çoxdur. Qərbi Avropada və Balkanlarda bu ştam dominant olmağa başlayıb. Bu tempdə davam edəcəyi təqdirdə 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi “omicron” ştamına yoluxacaq”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az