Zelenski Trüdo ilə Donbassı müzakirə etdi

23:30 - 11 Yanvar 2022

Zelenski Trüdo ilə Donbassı müzakirə etdi

Ukrayna Prezidenti Vladimir Zelenskinin Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı olub.

Manset.az  xəbər verir ki, bu barədə Zelenski Tvitter səhifəsində yazıb. O, Trüdo ilə Donbassda vəziyyətin gərginləşməsinə dair beynəlxalq səyləri müzakirə edib.

"Mən Castin Trüdo ilə telefonda danışdım. Ona Donbassdakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verdim. Biz gərginliyin azaldılması üçün beynəlxalq səylər barədə fikir mübadiləsi apardıq. Biz UNIFIER missiyasının davam etdirilməsi imkanlarını müzakirə etdik və Tehran yaxınlığında qəzaya uğramış təyyarədə həlak olan  sərnişinlərin ailələrinə ədalətli təzminat vermək üçün birgə işləməyə razılaşdıq”, - deyə Zelenski Tvitterdə yazıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az